SOSİUM

Hər bir Bakı sakini ayda nə qədər ödənişli xidmətdən istifadə edir?
07 AVQUST
126

Hər bir Bakı sakini ayda nə qədər ödənişli xidmətdən istifadə edir?

2018-08-07 10:54:00

Bu ilin yanvar-iyun aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 2 milyard 372,9 milyon manata çatıb.

Bakı Şəhər Statistika İdarəsindən Fins.az-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 538,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətin ümumi dəyərinin 64,8 faizini təşkil edib.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 1 milyard 873,6 milyon manat olub.

Cari ilin yanvar-iyun ayları ərzində hər bir şəhər sakini orta hesabla ayda 161,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 5,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

©Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256