SOSİUM

Özünüməşğulluq proqramı üzrə 3500-dən çox vətəndaşın biznes-planı müsbət qiymətləndirilib
02 AVQUST
180

Özünüməşğulluq proqramı üzrə 3500-dən çox vətəndaşın biznes-planı müsbət qiymətləndirilib

2018-08-02 16:04:00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işaxtaran və işsiz şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a bildirilib ki, bu il proqrama cəlb olunmaq üçün müraciət edən şəxslər arasından özünüməşğulluq potensialına malik 5,7 mindən çox işaxtaran və işsiz kiçik biznesin təşkili üzrə təlim kurslarına cəlb olunub. Təlim kurslarını bitirmiş şəxslərdən 3,8 minə yaxın şəxsin biznes-planlarının qiymətləndirilməsi həyata keçirilib.

Biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında aparılan qiymətləndirmə nəticəsində artıq 3,5 mindən çox vətəndaşın biznes-planı müsbət qiymətləndirilib. Onların təxminən 75 faizi kənd təsərrüfatı, qalanları xidmət, istehsal və s. sahələrini əhatə edir.

Uğurlu hesab edilən biznes-planlar üzrə işaxtaran və işsiz vətəndaşların ailə təsərrüfatlarının formalaşdırılması üçün onlar yaxın vaxtlarda aktivlərlə (mal və materiallar) təmin ediləcək.

Cari il ərzində 7 minədək şəxsin özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259