SOSİUM

Umayra Tağıyeva: "Avqustda da anomal istilər gözlənilir"
02 AVQUST
173

Umayra Tağıyeva: "Avqustda da anomal istilər gözlənilir"

2018-08-02 11:42:00

"Avqust ayında da kəskin isti günlərin olması proqnozlaşdırılır".

Bunu Fins.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

O bildirib ki, ölkə ərazisində avqust ayının birinci ongünlüyündə havanın temperaturu çoxillik norma göstəricilərdən çox da fərqlənməyəcək: "Avqustun ilk ongünlüyündə havanın temperaturu bir qədər yüksək olsa da, kəskin istilər gözlənilmir. Avqustun 2-dən 6-dək paytaxt Bakı şəhərində arabir güclənən şimal küləyi üstünlük təşkil edəcək. Bu da temperaturun çox yüksəlməsinə imkan verməyəcək. Hava şəraiti hamı üçün, xüsusən də meteohəssas insanlar üçün əlverişli olacaq. Avqustun 6-dan sonra küləklər səngiyəcək, şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu yüksəlməyə başlayacaq".

U.Tağıyevanın sözlərinə görə, avqust ayında ayrı-ayrı günlərdə havanın temperaturunun yüksəlməsi proqnozlaşdırılır: "Yəni, havanın temperaturunun normadan xeyli yüksək olduğu günlər, kəskin istilər müşahidə oluna bilər. Avqust ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində anomal istilərin olması proqnozlaşdırılır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259