SOSİUM

BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlandı
01 AVQUST
186

BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

2018-08-01 16:30:00

"BP"nin Bakıdakı ofisinin yaydlğı hesabata görə, 2018-ci ilin 1-ci yarısının sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2669 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 90%-ni təşkil edir və bu işçilərin də çoxu rəhbər vəzifələrdədir.

2014-cü ildən bəri BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. BP öz yerli işçilərinin inkişafına dəstək verməklə onların  ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub.

İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255