SOSİUM

Bakı məktəbliləri üçün təşkil olunan yay məktəbinin ikinci mərhələsinə başlanılıb
01 AVQUST
168

Bakı məktəbliləri üçün təşkil olunan yay məktəbinin ikinci mərhələsinə başlanılıb

2018-08-01 13:09:00

Paytaxt məktəbliləri üçün təşkil olunan yay məktəbinin ikinci mərhələsinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, yay məktəbi şagirdlərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli təşkil edilməsi məqsədi daşıyır. Ödənişsiz qaydada VII-VIII sinif şagirdləri üçün nəzərdə tutulan yay məktəbi Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 12 məktəbi əhatə edir.

Yay məktəbində minə yaxın şagird üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunur.

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumtəhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, tədris ocaqlarında tam təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251