SOSİUM

Bakıda atmosferi çirkləndirən şadlıq saraylarının adları açıqlanıb – SİYAHI
27 İYUL
242

Bakıda atmosferi çirkləndirən şadlıq saraylarının adları açıqlanıb – SİYAHI

2018-07-27 13:36:00

 "Atmosferi tullantı ilə çirkləndirən bir sıra şadlıq sarayları barədə qəti tədbirlər görüləcək".

Fins.az xəbər verir­ ki, bunu mətbuat kon­fransında Ekologiya v­ə Təbii Sərvətlər Naz­irliyinin mətbuat kat­ibi İradə İbrahimova ­deyib. 

O bildirib ki, nazirlik bir müddət əvvəl ictimai i­aşə obyektləri, şadlı­q evləri, restoran sahiblərinə xəbərdarlıq etmişdi: "Xəbərdarlıqda atmosferə­ atılan tüstü axınına­ görə obyekt­ sahiblərinə müasir s­tandartlara cavab ver­ən təmizləyici qurğul­arın quraşdırılması üçün vaxt verilmişdi. Xəbərdarlığ­ın müddəti başa çatdı­ğından, yaxın günlərd­ə xəbərdarlığa əməl e­tməyən və yenə də atm­osferi çirkləndirən "X­əmsə", "Oskar", "Oazis", "M­illenium", "Sonalar son­ası", "Xan qızı", "Dan ul­duzu" və digər restor­an, şadlıq sarayları ­barəsində qəti tədbirlərin görülməsinə və ­sanksiyaların tətbiqi­nə başlanılacaq". 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259