SOSİUM

Təhsil Nazirliyi aydınlıq gətirdi...
27 İYUL
168

Təhsil Nazirliyi aydınlıq gətirdi...

2018-07-27 10:13:00

Təhsil Nazirliyi orta məktəblərdə “Şahmat” fənninin və “Mina təhlükəsinə dair maariflənmə” adlı fakültativ kursun tədrisinin təşkili məsələlərinə aydınlıq gətirib. Modern.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, “Şahmat” fənni müəyyən edilmiş məktəblərdə II-IV siniflərdə dərsdənkənar məşğələlərə ayrılan 1 saat hesabına tədris edilir. “Şahmat” fənni keçilməyən məktəblərdə həmin saat “Riyaziyyat” fənninin tədrisinə verilir. Bütün azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumtəhsil məktəblərinin I sinfində, “Şahmat” fənni keçilməyən məktəblərin isə II-IV siniflərində, habelə ləzgi dili tədris olunan məktəblərin V-IX siniflərində valideynlər və təhsilalanlar arzu etdikləri halda, dərsdənkənar məşğələlərə ayrılan 1 saat dərs cədvəlinə daxil edilə bilər.

Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumtəhsil məktəblərinin, habelə Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin VI siniflərində dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 saat olmaqla ikinci yarımildə “Mina təhlükəsinə dair maariflənmə” adlı fakültativ kurs tədris olunur.

Qeyd edilən rayonların bütün ümumtəhsil məktəblərinin və Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin IV (dördüncü) siniflərində isə həmin kurs üzrə mövzular “Həyat bilgisi” fənninin daxilində keçilir.

Bundan başqa, VIII sinifdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 saatı dərs cədvəlinə daxil edilməklə “Qarabağın tarixi” kursunun tədrisinə ayrılır.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259