SOSİUM

Bu gün 3400-dən çox müəllim işə qəbul üçün imtahan verəcək
26 İYUL
167

Bu gün 3400-dən çox müəllim işə qəbul üçün imtahan verəcək

2018-07-26 14:31:00

Bu gün Azərbaycan dili, rus dili, rus dili və ədəbiyyatı, fransız dili və musiqi fənləri üzrə müəllimlərin işə qəbul imtahanlarında 3493 namizədin iştirakı gözlənilir.

Təhsil Nazirliyindən verilən məlumata görə, iyulun 25-də Azərbaycan dili və ədəbiyyat üzrə işə qəbul imtahanlarında 3518 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə 58 bal qeydə alınıb.

Test imtahanları iyulun 31-də başa çatacaq.

Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259