SOSİUM

Yeni tədris ili üçün tətil günləri açıqlanıb
26 İYUL
98

Yeni tədris ili üçün tətil günləri açıqlanıb

2018-07-26 10:11:00

2018-2019-cu tədris ili üçün tətil günləri açıqlanıb.

Təhsil Naziliyindən Fins.az-a verilən xəbərə görə, yeni dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), 5 gün əlavə tətili (1-5 may) nəzərdə tutulub.

Məlumatda bildirilir ki, yeni tədris ili üçün məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür: - I yarımil: 1 oktyabr-26 yanvar; - II yarımil: 1 fevral-31 may.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.  

Ümumtəhsil məktəblərində dərs sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253