SOSİUM

Bu ərazidə – QAZ OLMAYACAQ
26 İYUL
210

Bu ərazidə – QAZ OLMAYACAQ

2018-07-26 09:58:00

İstehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Qaz Paylaıcı Stansiya-da tənzimləyicinin təmiri, At yalı kollektorundan Qobu qəsəbəsinə gedən qaz xətti  üzərində quraşdırılmış diametri 150 mm-lik siyirtmədə aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 26 iyul 2018-ci il tarixdə  saat 10:00-dan  təmir işləri tamamlananadək  Abşeron rayonu, Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə Fins.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Görülən zəruri təmir  işləri gün ərzində  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək: "Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259