SOSİUM

Bu il Azərbaycanda 850 əlil məşğulluq kurslarında iştirak edəcək
25 İYUL
120

Bu il Azərbaycanda 850 əlil məşğulluq kurslarında iştirak edəcək

2018-07-25 10:04:00

Cari ilin ötən dövründə özünüməşğulluq proqramında iştirak etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan 645 nəfər əlilliyi olan şəxs müəyyən olunaraq kiçik biznesin təşkili üzrə təlim kurslarına cəlb edilib.

NazirlikdənFins.az-a verilən məlumata görə, ümumilikdə bu il 850 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq proqramında iştirakı gözlənilir.

Kursları uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət qiymətləndirilən şəxslərə, o cümlədən əlilliyi olan insanlara seçdikləri iqtisadi fəaliyyət növləri üzrə yaxın vaxtlarda aktivlər (mal və materiallar) təqdim ediləcək.

Bu aktivlər hesabına qurulacaq fərdi təsərrüfatlar ailə əməyinə əsaslanmaqla, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna şərait yaradacaq.

Özünüməşğulluq proqramı çərçivəsində yaradılacaq təsərrüfatların idarə olunması və inkişaf etdirilməsi üçün proqram iştirakçılarına müvafiq məsləhət xidmətləri də göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259