SOSİUM

DİM-dən abituriyentlərə MÜRACİƏT
24 İYUL
166

DİM-dən abituriyentlərə MÜRACİƏT

2018-07-24 17:10:00

Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” işlərini davam etdirirlər.

Bu haqda Fins.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər.

“Abituriyent Məsləhət Mərkəzləri” aşağıda qeyd olunan ünvanlarda həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.

Bakı şəhəri

Azərbaycan Universiteti

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71.

Qərbi Kaspi Universiteti

Əsas bina

Ünvan:Azərbaycan, Bakı, İstiqlaliyyət 27

Telefon:+994 12 492 74 18

Dizayn və Memarlıq Məktəbi

Ünvan:Nazim Hacıyev 6

Telefon:(+994 12) 567 29 35

Qərbi Kaspi Universitetinin Kolleci

Ünvan:Cəfər Xəndan küç. 15 B

Telefon:+994 12 5635542

Dövlət İmtahan Mərkəzinin regional bölmələri

Naxçıvan MR Regional Bölməsi

Naxçıvan şəhəri, Nizami küçəsi, 10

+99 (036 5) 44 04 02;

Göyçay Regional Bölməsi

Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43

+99 (020 27) 4 66 74;

Şəki Regional Bölməsi

Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182

+99 (024 24) 4 66 14;

Xaçmaz Regional Bölməsi

Xaçmaz şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 7b

+99 (023 32) 5 01 21;

Lənkəran Regional Bölməsi

Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52

+99 (025 25) 5 24 82;

Gəncə Regional Bölməsi

Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina

+99 (022 25) 6 50 67;

Şirvan Regional Bölməsi

Şirvan şəhəri, Rəsulzadə küçəsi, 19

(021 21) 5 15 23;

Bərdə Regional Bölməsi

Bərdə ş., H.Əliyev prospekti, 100

(020) 205-01-86. 

Şəmkir Regional Bölməsi

Şəmkir ş., Bakı-Qazax şosesi, 350 km, İnzibati bina “West gate”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251