SOSİUM

690 bal toplayan abituriyent prezident təqaüdçüsü ola bilməyəcək
24 İYUL
281

690 bal toplayan abituriyent prezident təqaüdçüsü ola bilməyəcək

2018-07-24 10:19:00

Təhsil eksperti Kamran Əsədov builki qəbul imtahanlarında I qrup üzrə yüksək nəticə göstərən abituriyentlərlə bağlı maraqlı statistika açıqlayıb.

Fins.az-ın məlumatına görə, ekspert 2017-2018-ci illərdə keçirilən qəbul imtahanlarında  abituriyentlərin topladığı balı müqayisə edərək? ortaya maraqlı nəticə çıxarıb.

“I ixtisas qrupu üzrə bu il 690 - 700 arası bal toplayan abituriyentlərin sayı 56 nəfərdir (2017 - də 36 nəfər olub).
Bu o deməkdir ki, bu qrupda prezident təqaüdçüsü azı 695 bal toplayan olacaq. 
650 - dən çox bal toplayan abituriyentlərin sayı 369 nəfərdir (2017 - də 263 nəfər idi).
600- dən çox bal toplayan abituriyentlərin sayı bu il 880 nəfərdir (2017 - də 686 nəfər olub).

I ixtisas qrupunda bu il 500-700 bal arası toplayan abituriyentlərin sayı 2312 nəfər olub. 

2017 - ci ildə 1980 - nəfər idi”.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259