SOSİUM

Özəl çimərliklərdə istirahət neçəyə başa gəlir? – VİDEO
23 İYUL
150

Özəl çimərliklərdə istirahət neçəyə başa gəlir? – VİDEO

2018-07-23 11:00:00

Son günlər hava şəraitinin küləkli keçməsinə baxmayaraq dənizə gedənlərin sayı az deyil.

Fins.az Xezerxeber.az-a istinadən məlumatına görə, həftəsonu istirahəti fürsət bilən paytaxt sakinləri çimərliklərə üz tuturlar.

Pulsuz çimərliklərlə yanaşı, özəl çimərliklərə gedənlər də az deyil. Odur ki, özəl çimərliklərə gedənlərin sayının çox olması buradakı xidmətlərin qiymətini də gündəmə gətirir.

İstirahətə gedənlərin bəziləri özləri ilə müxtəlif qidalar aparırlar, amma bəzi şəxslər üz tutduğu məkanda yeməyə üstünlük verirlər.

Özəl çimərliklərin bəzilərində dənizə giriş pulsuz olsa da, göstərilən xidmətlərin hamısı ödənişlidir.

Belə çimərliklərdə iki nəfərlik istirahət orta hesabla 30-50 manata başa gəlir. Çimərliklərdə ən çox tələb bisetkalaradır. Minimum 4 nəfərlik bisetkanın günlük qiyməti 10 manatdır. Bundan başqa, mürəbbə ilə çay 10 manatdır.

Çimərliklərdə tələb olunan yeməklərin başında isə kabab gəlir. Kababların qiyməti isə 5 manatdan başlayır.

Sorğu zamanı da məlum oldu ki, istirahətə gələnlər orta hesabla 2 nəfər üçün minimum 20 manatdan çox pul xərcləməlidir.

Bundan başqa, həftə sonları canlı musiqilər təşkil olunan çimərliklər də var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255