SOSİUM

Nazir: "Təhsil sistemində hər il 3-5% yenilənməyə nail olunur"
20 İYUL
181

Nazir: "Təhsil sistemində hər il 3-5% yenilənməyə nail olunur"

2018-07-20 17:31:00

"Azərbaycanda müəllim olmaq istəyən gənclərin sayı artır. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən, test imtahanlarında iştirak edənlərin sayı isə 46 mindən çoxdur".
Fins.az-ın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.
Nazir qeyd edib ki, təhsil sistemində hər il orta hesabla 3-5% yenilənməyə nail olunur: "İlk baxışda bu rəqəm böyük görünməyə bilər. Lakin mən inanıram ki, öz savad və bacarıqlarına güvənən, müsabiqələrdən yüksək nəticələr göstərən müəllimlər məktəblərə yeni nəfəs gətirəcəklər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256