SOSİUM

“ASAN xidmət” mərkəzlərində əcnəbi könüllülər təcrübə keçəcəklər
20 İYUL
226

“ASAN xidmət” mərkəzlərində əcnəbi könüllülər təcrübə keçəcəklər

2018-07-20 12:27:00

 “ASAN xidmət” mərkəzlərində əcnəbi könüllülər təcrübə keçəcəklər.

Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Belə ki, Serbiya, Niderland, Pakistan, Çin və Hindistandan gələn qonaqlar 19 iyul – 3 avqust tarixlərində “ASAN xidmət” mərkəzlərində dövlət xidmətləri göstərilməsi üzrə könüllü fəaliyyətinə qoşularaq, ekoloji istiqamətdə müxtəlif təlim, layihə və ekskursiyalarda iştirak edəcəklər.

1, 3 və 5 saylı Bakı ASAN xidmət mərkəzlərində fəaliyyət göstərəcək əcnəbi könüllülər "ASAN xidmət" mərkəzləri və "ASAN radio" ilə yaxından tanış olublar, onlara “ASAN xidmət"in fəaliyyəti, prinsipləri və ASAN Könüllüləri hərəkatı haqqında geniş təqdimatlar edilib.

Əcnəbilərin könüllülük fəaliyyəti ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü və AİSEC-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə ekoloji istiqamətdə “Create your eden” layihəsi çərçivəsində keçirilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259