SOSİUM

“Peşə təhsili və insan kapitalı” jurnalının redaksiya heyəti təsdiqlənib - SİYAHI
20 İYUL
204

“Peşə təhsili və insan kapitalı” jurnalının redaksiya heyəti təsdiqlənib - SİYAHI

2018-07-20 12:24:00

Təhsil naziri Ceyhun Bayramov “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında əmr imzalayıb.

Fins.az-ın xəbərinə görə, redaksiya heyətinin sədri Təhsil Nazirliyiyanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, iqtisad üzrə elmlər doktoru, professor Famil Mustafayevdir.

Redaksiya heyətinin üzvləri Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad üzrə elmlər doktoru Müslüm İbrahimov, Azərbaycan Texniki Universitetinin kafedra müdiri Rasim Əlizadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, Müseyib İlyasov, Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri Novruz Quliyev, Bakı Ali Neft Məktəbinin müəllimi Fuad Vəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri Fərid Ağayev, Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Amil Əlili, Təhsil İnstitutunun şöbə müdiri Rəsul Əsgərov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Nəzakət Mehdiyeva, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Həsənov, Tovuz Peşə Liseyinin direktoru Tanırverdi Tanırverdiyev, Abşeron Ceyranbatan Peşə Liseyinin ixtisas fənn müəllimi, peşə hazırlığı üzrə metodkomissiya sədri Hikmət Camalovdur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259