SOSİUM

Ölkədə qaçqın statusu əsasında yaşayanların sayı 23 faiz artıb
19 İYUL
113

Ölkədə qaçqın statusu əsasında yaşayanların sayı 23 faiz artıb

2018-07-19 11:28:00

Bu ilin altı ayında 827 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artım deməkdir.

Fins.az  xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

O qeyd edib ki, daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 25 faiz artım qeydə alınıb:

“1.859 nəfər daimi yaşamaq üçün icazə alıb. Bu ilin iyul ayının 1-nə ölkəmizdə 32.648 nəfər müvəqqəti,11.288 nəfər daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var”.

O da məlum olub ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayı 23 faiz artıb. Hazırda onların sayı 75 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256