SOSİUM

Bakıda 2 minə yaxın məzuna fərqlənmə attestatı verildi
17 İYUL
119

Bakıda 2 minə yaxın məzuna fərqlənmə attestatı verildi

2018-07-17 15:21:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 761, tam orta təhsil səviyyəsi üzrə isə 1 062 nəfər fərqlənmə attestatı ilə bitirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Fins.az-a verilən məlumata görə, artıq ümumi təhsil məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlara fərqlənmə attestatları təqdim olunmağa başlayıb.

Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256