SOSİUM

Abituriyentlərə "Qarabağ"ın oyununa – PULSUZ BİLET
16 İYUL
175

Abituriyentlərə "Qarabağ"ın oyununa – PULSUZ BİLET

2018-07-16 16:39:00

"Qarabağ" futbol klubu abituriyentləri Çempionlar Liqasının oyununa dəvət edir.

Fins.aqz-ın məlumatına görə, iyulun 18-də 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edəcək abituriyenlər imtahana buraxılış və şəxsiyyət vəsiqəsi ilə iyulun 16-sı saat 17:00-dan etibarən Gənclik Mall-da yerləşən “iticket” kassalarına yaxınlaşaraq “Qarabağ” - “Olimpiya” matçına pulsuz bilet əldə edə bilərlər.

Ağdam təmsilçisi bununla abituriyentlərin stadionda "Qarabağ"a dəstək verərək imtahan stressini atmağına şərait yaradır.

Xatırladaq ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" - "Olimpiya" (Sloveniya) matçı iyulun 18-i saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. İlk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254