SOSİUM

İlk baxışdan liftin nasazlığını necə təyin etməli? – 4 ƏSAS ƏLAMƏT
15 İYUL
300

İlk baxışdan liftin nasazlığını necə təyin etməli? – 4 ƏSAS ƏLAMƏT

2018-07-15 16:10:00

Son zamanlar Bakıda bir neçə lift qəzası baş verib. Dünən baş verən qəza da bunlardan biridir. Belə ki, iyulun 13-də paytaxtın Məhəmməd Hadi (“Həzi Aslanov” metro stansiyası) küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarının birində liftin burazı qırılıb. Nəticədə içində 5 uşaq olan liftin kabinası 14-cü mərtəbədən aşağı düşüb.

Fins.az xəbər verir ki, bununla bağlı Oxu.Az müxbiri liftlərin istismarı ilə bağlı mütəxxəsis Amid Ağayevlə söhbət edib.

- Liftin qüsurlu olduğunu necə anlamaq olar?

Mütəxxəsisin fikrincə, bunu aşkar etməyin bir neçə əlaməti var:

- qapılar bağlanmır;

- lift kabinasının döşəməsinin səviyyəsi blokun döşəməsindən 35 millimetr fərqlənərsə;

- küt səslər eşidildikdə;

- hərəkət zamanı təkanlar hiss edildikdə və kabinanın mərtəbədən sürüşməsi müşahidə olunarsa.

Burada sadalananlardan biri varsa, deməli liftin istifadəsində təhlükə yaranıb.

Hər bir liftdə mütləq şəkildə olmalıdır:

1. Şirkət haqqında məlumatlar. Sadəcə telefon deyil, sayt və ünvan da qeyd edilməlidir.

2. Dispetçerlə əlaqə düyməsi. Sadəcə nömrənin olması şübhə doğurur.

 “Yuxarıda sadalananlardan hansısa olmazsa, binanın məsul şəxslərinə müraciət etməlisiniz. İlkin yoxlamaları sakinlər də edə bilər. Bu cür araşdırma çox zaman aparmamalıdır. Və bina sakinləri də onlara xidmət edən liftlə bağlı məlumatlı olmalıdır.

Mərtəbələr arasında lift dayanarsa, bütün liftlər şaxtanın qapılarını bağlayan xüsusi qıfıllarla təchiz olunmalıdır. Bu, sakinin özbaşına liftdən çıxmaması üçündür.

Həmçinin lift xüsusi önlüklə təchiz olunmalıdır ki, bu da kabinanın dibinə bərkidilməlidir. Əgər sakin özbaşına liftdən çıxmaq istəyərsə, önlük onun şaxtaya düşməsinə imkan verməməlidir”, - deyə Ağayev qeyd edib.

Dünənki hadisəyə toxunan mütəxxəsis bildirib ki, lift qəfildən 14-cü mərtəbədən aşağı düşə bilməz:

“Əgər lift həmin hündürlükdən düşsəysi, ordakılar hamısı həlak olardı. Ola bilsin ki, lift aşağı enərkən hansısa sərt qurğular işə düşüb. 14 mərtəbə olduğu üçün sürət yüksək olub, sərt hərəkət qurğuları işə düşüb, bu da qəfil hərəkətlə lifti saxlayıb. Bu, liftdə olan sakinlərin ciddi xəsarət almasına gətirib çıxara bilərdi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259