SOSİUM

Direktorlar gələn ildən həftə ərzində bu qədər dərs deyə bilərlər - Rəsmi cavab
13 İYUL
661

Direktorlar gələn ildən həftə ərzində bu qədər dərs deyə bilərlər - Rəsmi cavab

2018-07-13 17:08:00

Növbəti tədris ilindən direktorlar 12 saatadək dərs deyə biləcəklər.

Fins.az-ın AzEdu.az-a istinadən xəbər verir ki, bu sözləri Təhsil TV-nin "Həftənin sualı" verlişində Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə səsləndirib. Onun sözlərinə görə, gələn tədris ilindən etibarən direktorlar dərs deyə biləcəklər:

"Növbəti  tədris ilindən direktorlar 12 saatadək dərs deyə biləcəklər. Zərurət yarandığı hallarda dərs  saatlarının sayı artırıla bilər. Lakin 0,5 ştat vəzifə maaşı alanlara 18 saata qədər dərs verilə bilər"

Murad  Camalzadə direktorların işə qəbul imtahanlarının tarixi barədə sualları cavablandırarkən qeyd edib ki, müsabiqənin dəqiq tarixini öncədən söyləmək mümkün deyil.

Qeyd edək ki direktorlar və onların müavinləri, həmçinin təhsil şöbələrinin işçilərinin orta məktəbdə dərs deməkdən azad olunacaqları barədə məlumatlar gündəm mövzusuna çevrilən məsələlərdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250