SOSİUM

İlin ikinci Günəş tutulması hadisəsi başlayıb
13 İYUL
74

İlin ikinci Günəş tutulması hadisəsi başlayıb

2018-07-13 09:54:00

İlin ikinci Günəş tutulması hadisəsi başlayıb.

Fins.az xəbər verir ki, təbiət hadisəsi bu gün saat 05:48-də qeydə alınıb. Tutulmanın maksimumu saat 07:01-də, sona çatması isə 08:13-də olacaq. 

Tutulma hadisəsi Avstraliyanın cənub ucqarı ilə Antarktidanın aralığında müşahidə ediləcək. Həmin ərazidə isə demək olar ki, insanlar yaşamır.

Qeyd edək ki, üçüncü Günəş tutulması hadisəsi avqustun 11-də saat 12:02:08-də başlayacaq. Tutulmanın maksimumu saat 13:46:24-də, sona çatması isə 15:30:40-da olacaq. Sonuncu tutulma şimal yarım kürəsində müşahidə olunacaq. Təbiət hadisəsini Rusiyanın, demək olar ki, bütün ərazisində hiss etmək olacaq. Proses Şərqi Asiya hissəsindən başlayıb Rusiyanın bütün hissəsini əhatə edəcək.       

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253