SOSİUM

Azərbaycanda II qrup əlillərə iş yerləri yaradılacaq
12 İYUL
214

Azərbaycanda II qrup əlillərə iş yerləri yaradılacaq

2018-07-12 14:24:00

“II qrup əmək qabiliyyətli əlilliyi olan şəxslərə ixtiaslaşmış iş yerləri yaradılacaq”.

Bu barədə  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Komitə sədri bildirib ki, bununla bağlı xüsusi qanun layihəsi hazırlanır.

“Yeni qanun layihəsində elə məqamlar göstəriləcək ki, sahibkarlar həmin qrup insanlar üçün iş yerlərinin yaradılmasına maraqlı olsun.  Həmçinin qanun layihəsində  iş yerləri üçün müəyyən kvota məsələsi də əksini tapacaq”.

H.Rəcəbli bildirib ki, yeni qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə təqdim olunacaq.

 © Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251