SOSİUM

Sahil Babayev vətəndaşları qəbul edəcək
11 İYUL
185

Sahil Babayev vətəndaşları qəbul edəcək

2018-07-11 10:11:00

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gələn həftə, iyulun 20-də Lənkəran rayonunda  vətəndaşları qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, qəbul zamanı Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinləri fərdi qaydada qəbul edilməklə, onların əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun, o cümlədən özünüməşğulluğun təmin olunması məsələlərinə dair müraciətləri dinləniləcək.

Müraciətlərdə əksini tapan məsələlərin qanunvericiliyə uyğun qaydada həlli ilə bağlı tədbirlər görüləcək.

Qeeyd olunan rayonların sakinləri iyulun 17-dək qəbula yazıla bilərlər. Qəbula yazılmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə müraciət etmək və ya “142 -Çağrı Mərkəzi” ilə əlaqə saxlamaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258