SOSİUM

Bakının bu rayonunda sabah qaz olmayacaq
09 İYUL
1016

Bakının bu rayonunda sabah qaz olmayacaq

2018-07-09 18:17:00

Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. Azəriqaz İB-dən Fins.az verilən məlumata görə, yeni çəkilmiş diametri 400 və 325 mm-lik qaz xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar, 10 iyul 2018-ci il tarixdə saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayevo, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251