SOSİUM

Qadınlar ev işlərini dayandırsa, bütün iqtisadiyyat çökəcək
07 İYUL
457

Qadınlar ev işlərini dayandırsa, bütün iqtisadiyyat çökəcək

2018-07-07 22:39:00

BMT-nin yeni hesabatına görə, qadınlar əvvəlki kimi kişilərə nisbətən 2,6 dəfə çox əvəzedilməz ev işləri ilə məşğul olur. Hətta qadınlar nə qədər çox ofisdə olsalar belə, onlardan bəzi ev işlərinin, misal üçün, uşaq saxlamaq, ahıllara və ya xəstələrə baxmaq və bu kimi “qadın işləri”nin həllini gözləyirlər.
Bu cür əməyin dəyərsizləşdirilməsinə baxmayaraq, başa düşmək vacibdir: “Əgər qadın məvacib olmasa da, gördüyü ev işlərini dayandırsa, bütün iqtisadiyyat məhv olacaq”, - BMT-nin araşdırmalar mərkəzinin rəhbəri Şahra Razavi deyib. 
BMT-nin qadınlar haqqında hesabatları yeni deyil: araşdırmalar göstərir ki, qadının dəyərsizləşdirilmiş əməyi daimi trend olub və ictimaiyyət buna az diqqət yetirir.
Sual yaranır: Niyə? Qadınların işə getməsinə və bəzilərinin formal olaraq gender bərabərliyini həll etməyə çalışmasına baxmayaraq, qadınlar nəyə görə çox sayda dəyərsizləşdirilmiş işlə məşğul olur? 
Ola bilsin ki, ən aydın cavab kişilərdir.
“Qadınların əmək bazarında rolunu dəyişməsinə baxmayaraq, kişilərin rolu dəyişməz olaraq qalıb”, - yeni hesabatın hazırlanmasına rəhbərlik edən BMT-nin Araşdırma qrupunun mütəxəssisi Silke Staab deyib.
“Qadınlar vaxtlarının böyük əksəriyyətini ofisdə keçirir, uşaqlarının tərbiyəsinə görə daha az istirahət edir, ancaq biz kişilərdə həmin tendensiyanı görmürük”. 
Staab hesab edir ki, kişilərin bu məsələdə aktiv olmaması kədərlidir:
“Bəzi ölkələr çalışır ki, qadınlarla kişilərin hüquqlarını bərabərləşdirsinlər. Bunun üçün Avropa ölkələri qadınlarla yanaşı, kişilərə də uşağa baxmaq üçün məzuniyyət verir.
Misal üçün, İsveçdə hər uşağa görə valideynlərə 480 gün verilir. Hər bir valideyn bu müddətin 90 günündən istifadə ilə bağlı müstəsna hüquqa malikdir: əgər onlar bu müddətdən istifadə etməsə, sonradan bundan yararlana bilməcəyəklər”. 
Valideyn himayəsi məsələsində İsveçin apardığı siyasətin nəticələri qısa zamanda özünü göstərdi. “İsveçdə qadınla kişi arasında ödənişsiz əmək arasında 1,3 dəfə fərq var”, - Staab bildirib.
“Bu, o deməkdir ki, qadınlar əvvəlki kimi, kişilərdən 30 faiz çox ödənişsiz işlə məşğuldur, ancaq bu, kişilərə nisbətdə üç dəfə çoxdur. Ancaq dünyadakı orta göstərici 300 faiz təşkil edir”. 
Görünür ki, bizi gələcəkdə daha çox işlər gözləyir. Staab hesab edir ki, Avropada qadınlar və kişilər arasında əmək münasibətlərində irimiqyaslı dəyişikliklərin həyata keçirilməsi üçün uşaqların və ahılların qayğısına qalmaqla bağlı “ümumi planlaşdırılmış dəstək sistemi” vacibdir. 
Məqalə VİCE US portalında dərc olunub. 

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258