SOSİUM

İstirahət günlərində səyahətə çıxanlar üçün – HAVA PROQNOZU
06 İYUL
318

İstirahət günlərində səyahətə çıxanlar üçün – HAVA PROQNOZU

2018-07-06 16:49:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Ötən günlərlə müqayisədə havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 23-28 dərəcəisti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinəüz tutanlarıyağmursuzhava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcəisti təşkil edəcək.

Aran rayonlarındagünəşli hava şəraiti olacaq. İyulun 07-də qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu35-40 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-dahava şəraitinin yağmursuz keçəcəyigözlənilir. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, yağmursuzhava şəraiti müşahidə olunacaq. İyulun 07-dən iyulun 08-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar əhalini çimərliklərdə ehtiyatlı olmağa çağırırıq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256