SOSİUM

Məleykə Abbaszadə Tovuzda vətəndaşları qəbul edəcək
06 İYUL
78

Məleykə Abbaszadə Tovuzda vətəndaşları qəbul edəcək

2018-07-06 11:27:00

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Tovuz rayonunda vətəndaşları qəbul edəcək.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

DİM-dən Fins.az-a verilən məlumata görə, Tovuz rayonunda keçiriləcək qəbulda Tovuz, Şəmkir, Qazax və Ağstafa rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. 

Qəbul iyul ayının 12-də, saat 11:00-da Tovuz rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşları DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə  (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəmkir Regional Bölməsinə (Ünvan: Şəmkir, Bakı-Qazax şosesi, 350 km, İnzibati bina “West gate”) müraciət edə bilərlər (əlaqə tel: +99451 566 41 73).

Bundan əlavə, qəbula yazılmaq istəyənlər üçün Şəmkir, Tovuz, Qazax və Ağstafa rayon Təhsil şöbələrində 6 –11 iyulda (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.                                         

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273