SOSİUM

Təhsil naziri Balakən şəhərində vətəndaşları qəbul edəcək
06 İYUL
110

Təhsil naziri Balakən şəhərində vətəndaşları qəbul edəcək

2018-07-06 11:12:00

Təhsil naziri Ceyhun Bayramov iyulun 13-də saat 10.00-da Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının qərargahında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayonlarının sakinlərini qəbul edəcək.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Nazirlikdən Fins.az-a bildiriblər ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar iyulun 5-dən 10-dək Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytında “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267