SOSİUM

Müəllimlərin işə qəbulu üçün imtahanlar iyulun ikinci yarısından başlanır
04 İYUL
230

Müəllimlərin işə qəbulu üçün imtahanlar iyulun ikinci yarısından başlanır

2018-07-04 15:17:00

Müəllimlərin işə qəbulu üçün test imtahanlarının iyul ayının ikinci yarısında keçirilməyə başlanılması nəzərdə tutulur.

Fins.az-ın məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, avqustun 1-dək imtahanların keçirilməsinin yekunlaşdırılması planlaşdırılır.

Müəllimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu üçün iyulun 2-dən elektron sənəd qəbuluna başlanıldığını deyən M.Camalzadə bu prosesin iyulun 8-də başa çatacağını söyləyib.

O bildirib ki, indiyədək müsabiqədə iştirak üçün 20 mindən artıq namizəd qeydiyyatdan keçib. Onların təqribən 16 min nəfəri elektron ərizəsini təsdiq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251