SOSİUM

Günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir – SABAHIN HAVASI
30 İYUN
337

Günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir – SABAHIN HAVASI

2018-06-30 23:22:00

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentİndən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq  küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə  23-27° isti, gündüz  37-41° isti olacaq.  Bakıda  gecə  25-27° isti, gündüz  38-40° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 50-60 %, gündüz 20-30 % olacaq.

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu  27-28° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu  28-29° isti təşkil edəcək.

Qeyd olunub ki, Abşeron çimərliklərində davam edən anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11.00-17.00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Azərbaycanın rayonlarında səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz  38-43° isti, dağlarda  gecə  17-22° isti, gündüz  26-31° isti təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250