SOSİUM

“Şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edilib
29 İYUN
883

“Şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edilib

2018-06-29 13:57:00

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq.

Fins.az-ın xəbərinə görə, Azərbaycan Milli Məclisinin (MM) növbədəkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt dəyişdirilir. Vəsiqələrin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq.

Bundan əvvəl yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən veriləcəyi planlaşdırılırdı.

Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251