SOSİUM

Nazirliyin Aparat rəhbərinin müavinləri və bəzi şöbə müdirləri vəzifələrinə yeni təyinatlar olub
29 İYUN
214

Nazirliyin Aparat rəhbərinin müavinləri və bəzi şöbə müdirləri vəzifələrinə yeni təyinatlar olub

2018-06-29 11:19:00

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparat rəhbərinin müavinləri və şöbə müdirləri vəzifələrinə kadr təyinatları həyata keçirilmişdir.

Fins.az xəbər verir ki, Nazirin müvafiq əmrinə əsasən, Vasif Eyvazzadə nazirliyin Aparat rəhbərinin müavini- Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri təyin edilmişdir.

Nazirliyin Aparat rəhbərinin müavini- Hüquq və daxili təhlil şöbəsinin müdiri vəzifəsi Namiq Qulamova həvalə olunmuşdur.

Yeni yaradılan Regional siyasət şöbəsinin müdiri vəzifəsinə isə Pərviz İsgəndərli təyin edilmişdir.

Nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Rəşad Əliyev təyin olunmuşdur.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülmüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255