SOSİUM

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb
27 İYUN
405

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb

2018-06-27 13:10:00

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.

Fins.az-ın məlumatına görə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncamına əsasən Azərbaycan Prezidenti Administrasiyasının işçilərinin say həddi 415-dən 425 ştat vahidinə kimi qaldırılıb.

Bundan başqa, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya, Birinci vitse-prezidentin işlərinin təminatı sektorunun əməkdaşlarının sayı 9-dan 14-ə, Birinci vitse-prezidentin Katibliyinin ştat vahidi isə 12-dən 16-ya artırılıb.

Qeyd edək ki, hazırda Birinci vitse-prezidentinin 4 köməkçisi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251