SOSİUM

Çaylarda suyun səviyyəsi dəyişib
26 İYUN
182

Çaylarda suyun səviyyəsi dəyişib

2018-06-26 13:32:00

Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 50-140, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyunun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 300 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 250 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 163 m3/s təşkil edərək ongünlük normanın 98 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyunun 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 14, Şirvanda 22, Salyanda 40, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 30 sm azalma qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2017-ci il iyunun 25-də 428 sm), Şirvanda 243 sm (2017-ci il iyunun 25-də 301 sm), Salyanda 155 sm (2017-ci il iyunun 25-də 209 sm), Bankədə 177 sm (2017-ci il iyunun 25-də 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2017-ci il iyunun 25-də 133 sm) təşkil edib.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273