SOSİUM

“Prezident aztəminatlı ailələrlə bağlı tapşırıq verib” – NAZİR
22 İYUN
729

“Prezident aztəminatlı ailələrlə bağlı tapşırıq verib” – NAZİR

2018-06-22 15:12:00
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin özünüməşğulluq proqramına cəlb olunması işləri gücləndirilib.
Fins.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, cari ildə proqramın əhatə edəcəyi şəxslərin sayının 7 minə çatdırılması nəzərdə tutulub. 
O bildirib ki, Şirvan şəhəri, Sabirabad, Saatlı, Hacıqabul rayonları üzrə 48 şəxs özünüməşğulluq proqramı çərçivəsində müxtəlif iqtisadi fəaliyyət növləri üzrə öz ailə təsərrüfatlarını yaradaraq kiçik biznesə çıxış imkanı qazanıb. Cari ildə isə onların sayının 5 dəfədən çox olması, yəni bu 4 şəhər və rayon üzrə 250 ailənin həmin proqramda iştirakı planlaşdırılıb.
İmtiyazlı şəxslərin mənzillə təmin edilməsindən danışan S.Babayev Şirvan şəhəri, Sabirabad, Saatlı, Hacıqabul rayonlarında son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30-a yaxın fərdi yaşayış evinin inşa edilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verildiyini, qarşıdakı dövrdə bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250