SOSİUM

Baş nazirin müavini: "Universitetlərin sayı artırılmalıdır"
21 İYUN
182

Baş nazirin müavini: "Universitetlərin sayı artırılmalıdır"

2018-06-21 13:46:00

"Azərbaycanda universitet səviyyəsində təhsilin əlçatanlığı artırılmalıdır, buna ciddi ehtiyac var".

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin hesabat tədbirində baş nazirin müavini Əli Əhmədov deyib. 

O bildirib ki, Azərbaycan əhalisinin 1,3 faizi tələbələrdir: "Bu göstərici dünya üzrə göstəricidən aşağıdır. Tələbə qəbulu ilə əlaqədar planlaşdırma bir az dəyişsə faydalı ola bilər. Universitetlərin sayı artırılmalıdır, amma, bu, o demək deyil ki, kəmiyyət artması keyfiyyətə təsir etsin".

Ə.Əhmədovun sözlərinə görə, təhsildə özəlləşdirmə prosesinin artırılması faydalıdır: "Düşünürəm ki, özəlləşmə prosesi artırılmalıdır. Universitetlərə sərbəstliyin verilməsi istiqamətində daha cəsarətli addımlar atılmalıdır".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272