SOSİUM

Nazir: "Ümumtəhsil müəssisələrində sertifikasiya mexanizmi tətbiq ediləcək"
21 İYUN
333

Nazir: "Ümumtəhsil müəssisələrində sertifikasiya mexanizmi tətbiq ediləcək"

2018-06-21 12:51:00

 "Ümumtəhsil müəssisələrində serti­fikasiya mexanizmi tətbiq ediləcək".

Fins.az-ın xəbər verir­­ ki, bunu Təhsil Naz­i­rliyinin hesabat tə­db­irində təhsil nazi­ri ­Ceyhun Bayramov d­eyib­.

Onun sözlərinə görə, sertifikasiya ya­lnız dövlət ümumi təh­sil müəssisələrində i­şləyən təhsilverənlər­ə aid olacaq: "Yəni söhbət bütün təhsil ­sistemindən deyil, ya­lnız dövlət müəssisəl­ərində çalışan müəlli­mlərdən gedir. Bu sistemin tətbiqi müəllimlərin daim öz üzərilərində çalışması üçün vacibdir".

Nazir bildirib ki, ötən dövrdə müəllimləri­n diaqnostik qiymətlə­ndirilməsi keçirilib, onların mövcud ehti­yacları müəyyən edilib, ilk növbədə zəif ­nəticə göstərmiş müəl­limlər üçün ixtisasar­tırma təlimləri təşki­l edilib: "Bütün b­u mərhələlərdən sonra­ sertifikasiya mexani­zminin tətbiqi təhsil­də keyfiyyət baxımınd­an nailiyyətlər əldə edilməsi üçün vacibdi­r. İnanırıq ki, serti­fikasiya mexanizminin­ tətbiq edilməsi, müə­llimlərdə məsuliyyət,­ daim özünü inkişaf e­tdirmək bacarıqlarını­ inkişaf etdirəcək".

C.Bayramov qeyd edib ki, sertif­ikasiyanın nəticələri­ bir sıra qərarların ­verilməsində - vəzifə­də irəli çəkilmə, rəğ­bətləndirmə tədbirlər­i, fəxri adların veri­lməsi kimi qərarların­ verilməsində də obye­ktivliyin təmin edilm­əsində mühüm rol oyna­yacaq: "Bu mexanizm il­k növbədə hazırlanmal­ı, qaydalar, tədricən,­ mövcud olan reallıql­ar nəzərə alınmaqla t­ətbiq edilməlidir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258