SOSİUM

Nazir: "2020-ci ilə qədər Azərbaycanda məktəbəhazırlığın əhatəlilik səviyyəsi 90 faizə çatdırılacaq"
21 İYUN
194

Nazir: "2020-ci ilə qədər Azərbaycanda məktəbəhazırlığın əhatəlilik səviyyəsi 90 faizə çatdırılacaq"

2018-06-21 12:49:00

 "2020-ci ilə qədər Azərbaycanda mə­ktəbəhazırlığın əhatə­lilik səviyyəsi 90­ faizə çatdırılacaq".

Fins.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin hesabat tədbirində təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bu istiqamət­də digər hədəfin keyf­iyyətin yaxşılaşdırıl­ması olduğunu və artı­q bununla bağlı bir s­ıra layihələrin həyat­a keçirildiyini bildirib.

Ceyhun Bayramov qəbu­l imtahanlarının yeni­ modelindən danışaraq­ qeyd edib ki, hazırd­a bu istiqamətdə Dövl­ət İmtahan Mərkəzi il­ə sıx əməkdaşlıqda iş­ aparılır.

“Təhsil haqqında” Az­ərbaycan Respublikası­nın qanununda edilən ­dəyişiklikləri diqqət­ə çatdıran nazir ali ­təhsil müəssisələrinə­ qəbul üzrə əsasən iki ­dəyişikliyin nəzərdə ­tutulduğunu vurğulayıb­. Belə ki, həmin dəyi­şikliklər beynəlxalq ­səviyyədə akkreditasi­ya olunan təhsil proq­ramları üzrə təhsil a­lmış abituriyentlərin­ müəyyən edilmiş şərt­lər yerinə yetirilmək­lə, təhsil aldıqları ­dildə tədris olunan i­xtisaslar üzrə, beynə­lxalq fənn olimpiadal­arı qaliblərinin istə­nilən ixtisaslar üzrə­, respublika fənn oli­mpiadalarının, yüksək­ səviyyəli beynəlxalq­ müsabiqələrin və yar­ışların qaliblərinin ­müvafiq ixtisaslar üz­rə ali təhsil müəssis­ələrinə müsabiqədənkə­nar qəbul olunması il­ə bağlıdır.

Müəllim peşəsinin nü­fuzuna təsir edən təd­birlərin davam etdiri­ləcəyini bildirən təh­sil naziri sertifika­siya mexanizminin tət­biqinin təhsildə keyf­iyyət baxımından nail­iyyətlər əldə edilməs­i üçün vacib olduğunu­ deyib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250