SOSİUM

Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edəcək
20 İYUN
98

Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edəcək

2018-06-20 11:01:00

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovtərəfindən iyunun 22-də Siyəzən şəhərində, Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, qəbulda Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 21 iyun 2018-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273