SOSİUM

AZƏRBAYCAN TƏHSİLİNİN NÖVBƏTİ UĞURU
13 İYUN
579

AZƏRBAYCAN TƏHSİLİNİN NÖVBƏTİ UĞURU

2018-06-13 16:12:00

4-10 İyun tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən “OKSEF-2018" məktəblilərin beynəlxalq elmi ideya və layihə olimpiadasında Avropa Azərbaycan Məktəbinin (EAS) biologiya müəllimləri Elvin Abdullayev və Mələk Əzizova və məktəbin 10-cu sinif şagirdləri Ülvi Cabbarov, Samir Məmmədov, Yasəmən Həsənzadə və Fuad Xasıyev iştirak ediblər. Müsabiqəyə 60 layihəilədünyanın 38 ölkəsindən 120 iştirakçı qatılıb. İştirakçılar hazırladıqları layihə, çıxışları, poster və şifahi təqdimatlarına görə qiymətləndiriliblər. Qiymətləndirmə üzrə hər kateqoriyada dörd beynəlxalq ekspert iştirak edib. Yekunda qaliblər diplom, medal, sertifikat və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Biologiya kateqoriyası üzrə Avropa Azərbaycan Məktəbinin 10-cu sinif şagirdləri Ülvi Cabbarov və Fuad Xasıyev qızıl, Samir Məmmədov və Yasəmən Həsənzadə bürünc medallara layiq görülüblər.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Müsabiqə müxtəlif adlar altında ABŞ, İngiltərə, Rusiya, Argentina, İtaliya, İspaniya, Meksika və sair ölkələrdə keçirilir. 13 ildir keçirilən beynəlxlaq olimpiadanın əsas məqsədi istedadlı, yaradıcı məktəbliləri elmi və texnoloji araşdırmalar aparmağa həvəsləndirmək, elmi və mədəni mübadilə etmək üçün bütün dünyada eyni yaş qrupundan gəncləri bir araya gətirmək və onların yaradıcılıq imkanlarını inkişaf etdirməkdən ibarətdir.

Avropa Azərbaycan Məktəbi - Həyat yolunuzun düzgün seçmi

Ünvan: Bakı şəh., Yasamal r-nu, H. Məcidov, 7C

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272