SOSİUM

900-dən çox itirilmiş sənəd tapılıb
13 İYUN
260

900-dən çox itirilmiş sənəd tapılıb

2018-06-13 10:39:00

“Azərpoçt” MMC-nin “Poçtap” sistemində 915 itirilmiş sənəd qeydiyyata alınıb və onlardan 294-ü sahiblərinə təhvil verilib.

Bu barədə  “Azərpoçt”dan məlumat verilib.

İndiyədək tapılan sənədlərin 608-i müvafiq strukturlara göndərilib, 13 sənəd isə “Azərpoçt”un şöbə və filiallarında saxlanılır.

Qeyd edək ki, “Poçtap” xidməti 2017-ci ilin fevralında işə salınıb və Bakı şəhər Baş Polis İdarəsi, “Bakı Metropoliteni” QSC, “Təmiz Şəhər” ASC və “Bakubus” MMC tərəfindən birgə həyata keçirilir.

İtirilmiş sənədlər “Poçtap” sistemində 30 gün ərzində saxlanılır. Bu müddət başa çatdıqdan sonra sənədlər müvafiq strukturlara göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256