SOSİUM

Bakının 4 rayonunda – QAZ OLMAYACAQ
13 İYUN
388

Bakının 4 rayonunda – QAZ OLMAYACAQ

2018-06-13 09:19:00

Bakının Nəsimi və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a verilən xəbərə görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə diametri 530 mm-lik  qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, daşıyıcı qaz xəttinin kipliyə sınaq olunması və daşıyıcı xətt üzərində quraşdırılmış diametri 200 mm-lik siyirtmənin təmiri ilə əlaqədar, 13 iyun 2018-ci il tarixdə  saat  09.00-dan  təmir işləri tamamlananadək Nəsimi rayonu Tbilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən, Biləcəri qəsəbələrinin və  “Motodrom” adlanan ərazinin  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Xətai və Yasamal rayonlarının bir hissəsinin də  qaz təchizatına təsir göstərməsi mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254