SOSİUM

Nazirlik: Azərbaycanda uşaq əməyindən istifadə hallarının sayı minimuma enib
12 İYUN
221

Nazirlik: Azərbaycanda uşaq əməyindən istifadə hallarının sayı minimuma enib

2018-06-12 10:46:00

Azərbaycanda uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimum səviyyəsinə enib.

Bu barədə Fins.az-a  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, uşaqların məcburi əməyə cəlb olunması və onların əməyinin istismar olunması müasir dünyanı narahat edən aktual problemlərdən biridir. 

Məlumata görə, Uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri Azərbaycan qanunvericiliyində qadağan olunur. Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Məcəllədə yaşı 18-dən az olan işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər də əksini tapır. 

Bildirilib ki, Azərbaycanda uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görülməklə yanaşı, bu istiqamətdə maarifləndirmə tədbirlərinə də xüsusi önəm verilir: "Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə təbliğat-maarifləndirmə tədbirləri ildən-ilə daha da gücləndirilir. Xidmət tərəfindən müvafiq Tədbirlər Planına əsasən, cari ilin ötən dövründə respublikanın 6 bölgəsində işgötürənlərin, eləcə də orta məktəblərin müəllim və şagird heyətlərinin iştirakı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib. Aparılan işlərin müsbət nəticəsi olaraq, ölkəmizdə uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimum səviyyəyə enib".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254