SOSİUM

Peşə təhsili müəssisələrində çalışanların diaqnostik qiymətləndirilməsi keçiriləcək
11 İYUN
144

Peşə təhsili müəssisələrində çalışanların diaqnostik qiymətləndirilməsi keçiriləcək

2018-06-11 15:47:00

Bu ilin iyununda ölkədə fəaliyyət göstərən peşə təhsili müəssisələri üzrə mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulur.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Təhsil Nazirliyindən verilən məlumata görə, diaqnostik qiymətləndirməyə regionlarda fəaliyyət göstərən 30-a yaxın peşə təhsili müəssisəsinin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları ilə yanaşı, müxtəlif səbəblərə görə əvvəlki qiymətləndirmələrdə iştirak edə bilməyənlər də cəlb olunacaq.

Bildirilib ki, diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən peşə təhsili müəssisələri üzrə kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.

Qeyd olunub ki, dövlət başçısının 17 yanvar 2018-ci il tarixli “Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əmək haqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əmək haqlarının artırılması haqqında” sərəncamına uyğun olaraq, diaqnostik qiymətləndirilmədən keçən mühəndis-pedoqoji heyətin dərs yükünün və əməkhaqlarının artırılması nəzərdə tutulur

2017-2018-ci tədris ili ərzində peşə təhsili müəssisələri üzrə mərhələlərlə keçirilən diaqnostik qiymətləndirilmə prosesində təhsil və təlim fəaliyyəti ilə məşğul olan 1350 işçinin iştirakı təmin edilib və rasionallaşdırılmış peşə təhsili müəssisələri üzrə diaqnostik qiymətləndirmə tam başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272