SOSİUM

İmtahana gəlməyən abituriyentlərin sayı açıqlandı
11 İYUN
315

İmtahana gəlməyən abituriyentlərin sayı açıqlandı

2018-06-11 15:10:00

Dövlət İmtahan Mərkəzi iyunun 10-da Bakı, Naxçıvan şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsi abituriyentləri üçün ikinci dəfə “Azərbaycan dili” fənni üzrə imtahan keçirib.

DİM-dən  verilən məlumata görə, bu imtahanda aprelin 22-də keçirilən ilk imtahandan qeyri-məqbul qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən, eləcə də, elektron ərizəsini 11-30 aprel tarixlərində təsdiq edən abituriyentlər iştirak edib. 

İmtahanın nəticələri iyunun 11-də DİM-in saytında yerləşdirilib. İmtahanda iştirakı nəzərdə tutulan 1359 abituriyentdən 235 nəfəri imtahana gəlməyib.

İmtahanda iştirak edən 1124 abituriyentdən (IX sinif üzrə 233, XI sinif üzrə 891) 671 nəfəri (IX sinif üzrə 123, XI sinif üzrə 548) tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. 

Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. 

Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Qeyd edək ki, “Azərbaycan dili” imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251