SOSİUM

AMEA-da vitse-prezidentlərin sayı artırılıb – SİYAHI
08 İYUN
381

AMEA-da vitse-prezidentlərin sayı artırılıb – SİYAHI

2018-06-08 16:12:00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında yeni vitse-prezidentlər seçilib.

Fin.az xəbər verir ki, AMEA-nın prezidenti Akif Əlizadə vitse-prezidentlərin sayının üç nəfər artırıldığını diqqətə çatdırıb.

Belə ki, akademik Nərgiz Paşayeva həm AMEA Rəyasət Heyətinin yeni üzvü və təhsil sahəsi üzrə vitse-prezident seçilib. İradə Hüseynova biologiya sahəsi üzrə həm üzv, həm də vitse-prezident olub. AMEA-nın müxbir üzvü Bilal Bilalov isə Rəyasət Heyətininin üzvü və vitse-prezident vəzifəsininin icraçısı seçilib. 

AMEA-nın əvvəlki vitse-prezidentləri - akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyev öz vəzifələrini yenə də icra edəcəklər.

Bundan başqa, səsvermə nəticəsində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik-katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik-katibi Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik-katibi isə Teymur Kərimli olub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256