SOSİUM

Nazirlik 500-dək vətəndaşı əlil arabası ilə təmin edib
08 İYUN
199

Nazirlik 500-dək vətəndaşı əlil arabası ilə təmin edib

2018-06-08 14:17:00

Bu ilin 5 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi əlilliyi olan 500-dək vətəndaşı əlil arabası ilə təmin edib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinindən məlumat verilib.

Təkcə son üç gündə 30 nəfərdən çox əlilliyi olan şəxsə müraciətlərinə uyğun olaraq əlil arabası təqdim olunub.

Bildirilib ki, əlil arabası əldə etmək üçün əlilliyi olan şəxsin müraciəti əsasında tibbi göstəriş ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən nazirliyin elektron informasiya sisteminə daxil edilir. Sistemdən alınan həmin məlumat əsasında şəxsin əlil arabası ilə təminatı həyata keçirilir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272