SOSİUM

“ASAN xidmət”ə müraciətlərin sayı 22 milyona çatıb
08 İYUN
178

“ASAN xidmət”ə müraciətlərin sayı 22 milyona çatıb

2018-06-08 13:51:00

“ASAN xidmət”ə 22 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bu barədə Fins.az-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bu müraciətin sahibi Bakı şəhər sakini Nigar Balakişiyeva olub. O, 9-108 sifarişli Səyyar ASAN xidmətə müraciət edərək Daxili İşlər Nazirliyitərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

22 milyonuncu müraciətin sahibi kimi Nigar Balakişiyeva təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Xidmətin sifarişi 9-108 nömrəli “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytı vasitəsi ilə mümkündür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272